Sona Abbasəliqızı: ASKEF TURAN RUZGARLARI






( avrasiya sanat kültür edebiyyat federesyonu)-da TURAN RUZGARLARI
Sayın SAVAŞ ÜNAL yenidən iki dövlət bir millət olan qardaş ölkənin ziyalılarını bir araya topladı.
Türk gücünün ,qüdrət və düşüncəsinin​ ​ dünyanın ictimai-siysi həyatında yenidən günəş kimi doğduğu bir vaxtda sanki ulu türk ruhunun səyahətidən dönmüş kimiyəm.Mən zatən bir türk xanımı​ olmaqla yanaşı,həm də Turan sevdalı bir türk aydını və yazarıyam.Hər dəfə əlimə qələm alanda,ya da klaviatura arxasında olanda,öncə icimdən «nə mutlu türkəm deyənə» kəlamı bir himn kimi, bir qutsal nəğmə kimi keçir...Qloballaşan dünyanın sükutu qulağıma astaca pıcıldayır :»Gözün aydın,dünyada türk əsri başlayıb!»
​ Bu duyğularla yaşayan bir yazar kimi bu yaxınlarda ASKEF-in rəhbəri hörmətli Savaş bəyin​ və eşi Qonça xanımın

«Balkan Ruzgarı Turu»na dəvətini aldım.Bu sayğı və diqqətə görə sayın Savaş bəyə ehtiramımı bir daha ifadə edirəm.​ ASKEF-in Azərbaycan və orta Asiya təmsilçisi olduğum zamandan bəri​ bu təşkilatın həmişə vətən,dövlət,mədəniyyət ,sənət​ kimi qutsal​ məvhumlara​ mənəvi ucalıqla yanaşdığının şahidi olmuşam və buna görə ASKEF -in yanında olmağımla qürurlanmışam.


​ ​ «Balkan Turu»​ səciyyəsinə görə ictimai-siyasi və mədəni​ hadisə kimi mənim diqqətimi çəkdi və bu mədəni hadisənin iştirakçısı olduğumdan məmnunluq duydum.Qədim türk coğrafiyasının müasir dönəmində​ sanki türk yaddaşının qədimliyinə səyahətə varmışdım..​

Xarici səyahətlər sırasından olan «Balkan ruzgarı turu»nun​ geniş və zəngin mənzərələrlə müşayət olunan​ xəritəsi çox yaddaqalan oldu.Bu turda keçdiyimiz səyahət marşurutunun xəritəsi xüsusilə​ məni valeh etdi.Səyahətimiz Bolqarıstan,Serbiya,Bosniya-Hersoqovinya,Belqrad və s ölkələrin tarixi abidələri və görməli yerləri ilə tanışlıq mahiyyəti daşıyırdı.


Maraq doğuran ən önəmli cəhətlərdən biri o idi ki,vaxtilə böyük türk coğrafiyasının bir parcası olan​ bu yerlərin yaddaşında​ türk-islam mədəniyyətinin dərin izləri,qədim abidələri​ qorunub saxlanırdı.
​ ​ ​ Məscidlər,türbələr,kilsələr,monastırlar və başqa dini,tarixi abidələrin bir növ sivilizasiyaların qovuşduğu yerlərdə intişarı​ cox maraqlı və düşündürücü idi.

Bu turda qardaş ölkədən gələn türk oş adamları , ziyalıları və Azərbaycandan olan 18 nəfər professorlar, məktəb direktorları, müəllimlər,həkimlər və petrol mühəndislərinin də iştirakı təqdiredici təsir bağışlayırdı.Səyahətçilər türk dünyasının və onun qonşularının​ mədəni-siyasi və iqtisadi həyatı ilə tanış olur və qloballaşan dünyanın sabahı haqqında düşünməli olurdu.Mənim üçün ,,


Balkan Ruzğarı" nın ən yaddaqalan və naraqlı cəhəti onun ictimai-siyasi və mədəni səciyyəsi oldu.Bir tərəfdən türk dentasının möhtəşəmliyi,digər tərəfdən dünyanın mədəni həyatının bir parçası olmaq şansının özəlliyindən xeyli məmnun oldum.

Səyahətin yaxşı məqamları sırasında onu da qeyd edim ki, doğru söyləyiblər,çox görən,səyahət edən,çox oxuyandan daha məlumatlıdır.
Türk dünyasının qədim paytaxtı Ədirnədə,daha sonra



Bursa,İstanbul,İzmir​ və digər şəhərlərə olan səyahətimiz öz məzmun dərinliyi,türk sevgisi ilə yaddaşımıza əbədi həkk​ ​ oldu.Bizi mehribanlıqla qarşılayan türkiyəli dostlarımız,eyni doğmalıq və sevgiylə bizi yola saldılar.Hər görüş,hər səyahət milli birlik və düşüncəmizin zənginliyinə xidmət edir.


Səyahət düşüncələrimin​ sonunda​ demək istəyirəm ki,ulu Turan ətri​ dünyanı bürüməkdədir.Bu gün Türkiyə Cümhuriyyətinin dünyanın​ idarə olunmasında,bəşəriyyətin gələcəyi ücün göstərdiyi siyasi müdriklik bir türk yazarı və aydını kimi məni fəxarətləndirir.

Mənimlə birgə yola rəvan olan ziyalılarımıza sonsuz təşəkkürümü bildirirəm.Ulu Öndərin müdrik kəlamının işığında Turan sevdalı​ yazımı​ tamamlayıram.Var olsun,

Türkiyə-Azərbaycan qardaşlığı.Var olsun ASKEF-i ayaqda tutan bacarıqlı genel başqan Savaş Ünal bəy!✍️







Yorum Gönder

0 Yorumlar